Türkiyə millisi  Gürcüstan qarşısına çıxır - Komandanın durumu necədir?

Türkiyə futbol millisi AVRO 2024-də ilk oyununu  sabah Gürcüstana qarşı keçirəcək. 

Sherg.az komandaların son durumu və matç öncəsi maraqlı məqamları təqdim edirik...

Almaniyanın ev sahibliyi etdiyi çempionatda F qrupunda yer alan Türkiyə  ilk sınağını Gürcüstana qarşı keçirəcək.

"Ay-ulduzlu" komanda Gürcüstanı məğlub edərək turnirə qələbə ilə başlamağı hədəfləyib.

Qrupun digər oyununda Portuqaliya Çexiya ilə qarşılaşacaq.

Türkiyə - Gürcüstan matçında argentinalı hakim Fakundo Tello fit çalacaq.

Tellonun köməkçiləri eyni ölkədən Qabriel Çad və Ezekiel Brailovski olacaq. Matçın dördüncü hakimi Litva Futbol Federasiyasından Donatas Rumsas olacaq.

İspan Alejandro Hernandez matçda VAR-ın vəzifəsini yerinə yetirəcək.

BVB Dortmund stadionunda keçiriləcək qarşılaşma 18 İYUN, saat 19.00-da başlayacaq.

Matç "TRT 1"-də canlı yayımlanacaq.

Milli komandada müalicəsini davam etdirən İrfan Can Kahveci bu matçda meydana çıxa bilməyəcək.

İsmayıl Yüksekin durumu matç günü bəlli olacaq.