Yunanıstan yığmasının qapıçısı Andreas Yanniotis «Qarabağ»la danışıqlar aparır.
Ağdam klubundan Sportinfo -ya daxil olan informasiyaya görə, 31 yaşlı kiperin meneceriylə görüşmələr bir müddət əvvəl başlayıb.
2018-ci ildən ölkəsinin əsas millisinə dəvət alan «əlcək sahibi» karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşır. Çünki o, avrokuboklarda oynamaq və özünü göstərmək iddiasındadır.
İndi isə onun belə bir imkanı yoxdur. 2023- cü ilin sentyabrından Türkiyədə - «Kasımpaşa»da çıxış eləyən yunan buradan ayrılmağa hazırdır.
Gələn ilin yayınadək İstanbul təmsilçisinə məxsus olan elladalı legioner «Apollon Kalamarias»un yetirməsidir.
Peşəkar karyerasına 2011-ci ildə «Etnikos Qazoros»da başlayan Andreas növbəti 5 ildə «Olimpiakos»a aid olub. Bu illər ərzində icarə əsasında «Fostiras», «PAS Qiannina» və «Panionios»nun formasını geyinib.