Zədəli Lionel Messi göz yaşlarını saxlaya bilməyib

Argentinanın ulduz futbolçusu Lionel Messi zədəsi səbəbindən matçı davam etdirə bilməyib. Messi kənara çıxıb və ehtiyat oyunçular skamyasında göz yaşlarına boğulub.

Sherg.az xəbər verir ki, Argentina 2024-cü ildə Amerika kubokunun əsas vaxtı 0-0 bitən finalda Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion oldu.

 
Messi matçın 64-cü dəqiqəsində diz nahiyəsindən zədələnib.

Kədərli halda meydandan çıxan 37 yaşlı futbolçunu 66-cı dəqiqədə Nikolas Qonzales əvəzləyib.


Messi ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib.