Avropa çempionatı: Azərbaycanın 3 cüdoçusu qızıl medal qazandı

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçiləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək, Avropa çempionu olublar.

M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub.

Turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib olmuşdu.

Hazırda Azərbaycan komandası 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.