Gürcüstanlı idmançı UFC çempionu titulunu qoruyub

Gürcüstanlı qarışıq döyüş ustası Merab Dvalişvili ABŞ-də keçirilən UFC 316 turnirinin əsas döyüşündə amerikalı Şon O'Malleyi məğlub edib.

Trend-in məlumatına görə, döyüş üçüncü raundda boğucu fənd ilə başa çatıb.

Döyüş UFC-nin ən yüngül çəki dərəcəsi uğrunda gedib. Gürcüstanlı idmançı bununla da kəmərini qoruya bilib.

34 yaşlı Dvalişvilinin hesabında 20 qələbə və 4 məğlubiyyət var. 30 yaşlı O'Malley 18 qələbədən üçüncü məğlubiyyətini ald.