"İnter"in yeni baş məşqçisinin adı açıqlanıb

İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.

Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlum verilib.

Məlumata əsasən, bu vəzifəyə Kristian Kivu gətirilib.

Rumın mütəxəssislə 2027-ci ilin yayınadak müqavilə imzalanıb. O, son olaraq “Parma”da işləyib.