Ancelottidən Arda mesajı! Heç bir komandaya verilməyəcək
14:19 02.12.2023
İdman
747
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son günlər İspaniya mətbuatında başqa komandaya icarəyə götürülməsi təklif edilən Arda Gülər haqda açıq danışıb.
Sherg.az xəbər verir ki, "Real Madrid"in böyük ümidlər bəslədiyi Arda Gülər son zədəsini sağaltmaq üçün fiziki inkişafını davam etdirir. Yenidən fərdi sahə işlərinə başlayan gənc ulduzun geri dönüşü üçün tələskənlik yoxdur.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülərin istedadlarını bir daha vurğulasa da, son günlər İspaniya mətbuatında yer alan transfer iddialarına üstüörtülü cavab verib.
İspaniya mətbuatı Arda Gülərin zədələrindən sonra fiziki inkişafını tamamlamaq üçün başqa La Liqa komandasına icarəyə verilə biləcəyini irəli sürüb. Mövsümün əvvəlində "Real Madrid"ə keçidi zamanı heç bir komandaya icarəyə götürülmək istəmədiyini və Florentino Peresdən zəmanət aldığını bildirən Arda Gülər üçün klub rəhbərliyinin qərar mərhələsində olduğu iddia edilib.
Karlo Ançelotti isə üstüörtülü şəkildə Arda Gülərin heç bir komandaya icarəyə verilməyəcəyini bildirib: "Sakit və dinc. Hamısı budur. Bir oyunçunun zədədən sonra təsirlənməsi normaldır. O, burada yenidir və komandaya töhfə vermək istəyir. Zədəli oyunçunun o anlara dözməsi həmişə çətindir. Arda Gülərin gələcəyi buradadır və o, çox yaxşı işlər görəcək. Çünki onun qeyri-adi istedadı var” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya