Azərbaycan çempionatı dayandırıla bilər - RƏSMİ
09:51 13.03.2020
İdman
767
Azərbaycan Premyer Liqasının oyunları koronavirus epidemiyası ilə əlaqədar təxirə salına bilər.
Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
PFL rəhbəri bildirib ki, martın 21-22-də keçirilməsi nəzərdə tutulan XXII turun dayandırılması istisna deyil. Bu isə UEFA-nın martın 17-də assosiasiyaların nümayəndələri ilə təşkil edəcəyi videomüşavirədən sonra bilinəcək: “XXI turun oyunları azarkeşsiz keçiriləcək. Bununla bağlı hansısa dəyişiklik yoxdur. Ancaq ondan sonra Premyer Liqanı dayandıra bilərik. Çünki martın 17-də UEFA-nın iclası olacaq. Həmin görüşdə bütün turnirlərin təxirə salınması qərara alına bilər. Belə olarsa, biz də çempionatı dayandıracağıq. Bir sözlə, qərarımızı UEFA-nın iclasına əsasən verəcəyik”.
Musayev həmçinin koronavirusun yayılma təhlükəsini nəzərə alaraq, XXI turla bağlı klublara müraciət etdiklərini də vurğulayıb. O, həftəsonu matçlarda böyüklərin topdaşıyan kimi meydanın kənarında olmalarını məsləhət görüb: “Bildiyiniz kimi, uşaqların evdən çıxmamaları üçün məktəblər bağlanıb. Amma topdaşıyan uşaqlar həmişə stadionlarda olurlar. Klublara müraciət etdik ki, oyun üçün azyaşlı uşaqları top daşımağa göndərməsinlər, bu işi böyüklər görsün”.
Qeyd edək ki, Premyer Liqanın XXI turunun oyunları martın 14-15-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm