Azərbaycanın 35 idmançısı çıxışını bitirib, 4-ü medal əldə edib - SİYAHI
13:09 06.08.2021
İdman
715
Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un məlumatına görə, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayıb. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da öz bacarığını göstərməyə çalışıb.
50 kq çəki dərəcəsində çıxış edən Stadnik 1/8 finalda Rusiya Olimpiya Komitəsinin (OKR) təmsilçisi Stalvira Orşuşla üz-üzə gəlib. Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdidən üstün olub - 10:0. Yarımfinalda yaponiyalı Yui Susakiyə uduzan Stadnik bürünc medal uğrunda güləşəcək.
65 kq-da mübarizə aparan Hacı Əliyev əvvəlcə seneqallı Adama Diatta, ardınca isə qazaxıstanlı Daulet Niyazbekov üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı Bacranq Puniyanı məğlub edən 3 qat dünya və 3 qat Avropa çempionu finalda yaponiyalı Takuto Otoquro ilə görüşəcək.
97 kq çəkidəki Şərif Şərifov OKR-in digər təmsilçisi 1/8 finalda Abdulrəşid Sadullayevlə bacarmayıb. Lakin rəqibi finala çıxdığından olimpiya çempionu bürünc medal uğrunda mübarizə aparacaq.
75 kq-dakı Rafael Ağayev B qrupunda ardıcıl olaraq almaniyalı Noa Biç, avstraliyalı Çuneari Yahiro və qazaxıstanlı Nurkanat Ajiqanov üzərində qələbə qazanan 5 qat dünya və 11 qat Avropa çempionu son görüşdə italiyalı Luici Busa uduzsa da, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə macarıstanlı Qabor Karoli Harspatakiyə qalib gələn karateçi finalda Busa ilə münasibətlərinə aydınlıq gətirib. Qrupdakı görüşdə Busaya uduzan Ağayev bu dəfə rəqibi ilə bacarmayıb.
Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova isə halqa ilə çıxışda 23,000 xalla 16-cı, topla 23,400 xalla 17-ci, lentlə 19,900 xalla 15-ci, gürzlə isə 21,500 xalla 21-ci yeri tutub. 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı 18-ci yeri tutub və finala adlaya bilməyib.
Beləliklə, Azərbaycanın 35 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan 4-ü medal qazanıb, biri isə ən azı gümüş medalı təmin edib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc
Boks: Alfonso Dominges (81 kq) - bürünc
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc
Karate: Rafael Ağayev (75 kq) - gümüş
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Atıcılıq: Ruslan Lunyov
Atletika: Nazim Babayev (üç təkanla tullanma)
Karate: Firdovsi Fərzəliyev (67 kq)
Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)
Qadın güləşi: Elis Manolova (68 kq)
Sərbəst güləş: Turan Bayramov (74 kq)
Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova
Gözləyənlər
Sərbəst güləş: Hacı Əliyev (65 kq) - final, Şərif Şərifov (97 kq) - təsəlliverici görüş
Qadın güləşi: Mariya Stadnik (50 kq) - bürünc medal görüşü
Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina
Karate: İrina Zaretska (+61 kq).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya