Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib
Yusif Sultanoğlu
13:25 02.12.2023
İdman
572
Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib.
"Report" xəbər verir ki, ilk olaraq hərbi orkestrin müşayiəti ilə yarışda iştirak etmiş ölkələrin bayraqları təqdim olunub.
Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede, Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov iştirak ediblər.
Dirk Şvede turnirin təşkilatçılığını yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanda hər sahədə olduğu kimi idmanda da inkişaf yüksək səviyyədədir: "Dünya çempionatında güləşçilərin mübarizə aparması üçün hər bir şərait var. Yarış boyu həm dostluq, həm də rəqabətin şahidi olduq".
Təşkilat komitəsinin nümayəndələri Elnur Həbibov və Elşən Mirzəyev, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, Beynəlxalq Hərbi İdman Şurasının medalları ilə təltif olunub.
Abbas Xəlilov isə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif edilib.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov çıxış edib. Tədbir iştirakçılarını salamlayan qurum rəsmisi Bakıda dünya çempionatını qəbul etməkdən məmnun olduğunu ifadə edib.
O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur: “Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini əks etdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən bu çempionat yüksək səviyyədə təşkil olunmuşdur”.
A.Xəlilov təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib.
Sonda isə çempionatla əlaqədar video-çarx nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Nəhyanla İranı müzakirə etdi
01:23 05.09.2026
Region
Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı
22:49 04.09.2026
Maraqlı
Tramp bəzi ölkələrlə ticarəti azaltmaq istəyir
22:08 04.09.2026
Dünya
Azərbaycanlı müğənni qəzaya düşdü
21:35 04.09.2026
Şou
Si Cinpin böyük biznes nümayəndə heyəti ilə ABŞ-yə səfər edəcək
21:24 04.09.2026
Dünya
Zelenski: Uitkoff və Kuşner 6 sentyabrda Kiyevə səfər edəcək
21:12 04.09.2026
Aktual
"Beyin köçünün qarşısını almaq lazımdır!” - Ekspert
20:53 04.09.2026
Aktual
Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:35 04.09.2026
Siyasət
“Paşinyanın sülh göyərçini obrazına aldanmayaq!” - Rufiz Hafizoğlu
20:21 04.09.2026
Gündəm
“Rusiya hava məkanını tam qoruya bilməyəcək” - Hüseyn Fazla
20:10 04.09.2026
Gündəm
Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
19:34 04.09.2026
Dünya
Moskva İrəvanın real niyyətindən xəbərdardır - ŞƏRH
19:26 04.09.2026
Siyasət
Aygünlə Namiq illər sonra yenidən duet oxudular - VİDEO
19:18 04.09.2026
Şou
Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
19:15 04.09.2026
Siyasət