DÇ-2022: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Yusif Nəzərli
04:55 12.10.2021
İdman
393
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olacaq. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmanı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç cəza, digər arxa xətt oyunçusu Nikola Milenkoviç isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, 6 futbolçu - Aleksandar Mitroviç, Duşan Tadiç, Nemanya Qudel, Uroş Spayiç, Nemanya Maksimoviç və Nemanya Radonyiç sarı vərəqə limitindədirlər.
Bu komandaların Bakıdakı duelindən serbiyalılar qalib ayrılmışdı - 2:1. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu - 5-ci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi Lüksemburqu qəbul edəcək.
DÇ-2022, seçmə mərhələ
VIII tur
A qrupu
22:45. Serbiya - Azərbaycan
Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)
Belqrad. "Rayko Mitiç" stadionu
Xal durumu: Serbiya - 14 (6 oyuna), Portuqaliya - 13 (5), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı