DÇ-2022: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq
04:13 01.09.2021
İdman
558
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək.
Bu kollektivlər arasında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Azərbaycan millisi səfərdə rəqibinə uduzmayıb.
Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya evdə İrlandiya ilə qarşılaşacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
22:45. Lüksemburq - Azərbaycan
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina)
Lüksemburq stadionu.
Xal durumu: Portuqaliya - 7 xal, Serbiya - 7, Lükemburq - 3, İrlandiya - 0, Azərbaycan - 0
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə