DÇ: Azərbaycanın yunan-Roma güləşçisi bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-sü olub.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.