Eldəniz Əzizli: “Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik”
Yusif Nəzərli
09:43 28.10.2022
İdman
648
“Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı danışarkən deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa tam sürətlə hazırlaşdıqlarını bildirib:
“Dünya çempionatından az müddət keçib. Buna baxmayaraq, heç birimiz istirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. 2022-ci ilə yaxşı start vermişik. İlin ilk yarısında Avropa çempionu adını qazandıq, daha sonra isə komanda olaraq dünya ikinciliyinə sahib çıxdıq. Qarşıda bizi daha bir mötəbər turnir gözləyir. Bakıda güləşdiyimiz üçün Dünya Kuboku bizim üçün daha vacibdir”.
30 yaşlı güləşçi Dünya Kubokunun püşkünün tam ədalətli olduğunu sözlərinə əlavə edib:
“Turnirdə Türkiyə, İran, Azərbaycanla yanaşı, dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Bizim qrupdakı ən böyük rəqibimiz dünya seçməsidir. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və dörd qızıl medal qazanıb. Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıblar. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq”.
İkiqat dünya və ikiqat Avropa çempionu ilin son sınağına çıxacaqlarını vurğulayıb:
“Azərbaycan çempionatında iştirak etməyəcəyəm. Amma 2023-cü ilin ilk yarısında bizi ciddi sınaqlar gözləyir. Məşqçilər və federasiya rəhbərliyinin qərarı ilə hansı çəkidə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, Bakı İdman Sarayındakı Dünya Kuboku 5-6 noyabrda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya