İlham Zəkiyev: "Hər birimiz qızıl medal qazanmaq istəyirdik, əsas hədəfimiz paralimpiadadır"
09:57 07.12.2023
İdman
469
"Hər birimiz qızıl medal qazanmaq istəyirdik. Amma olmayanda olmur. Əsas hədəfimiz 2024-cü ildə Parisdəki Yay Paralimpiya Oyunlarıdır".
Bunu "Report"a açıqlamasında Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə çıxışını dəyərləndirərkən deyib.
Komitə rəsmisi qurum tərəfindən paralimpiyaçılara istənilən səviyyədə şəraitin yaradıldığını bildirib: "Mövsümün ortası və ilin yekunu olduğu üçün cüdoçularda yorğunluq hiss edilirdi. Bu il daha əvvəl 4 yarışa qatılmışdıq. Buna baxmayaraq, onların hər biri vuruşdu və çalışdı. Nəticə də ürəkaçan oldu. Qızlarda iki gümüş, bir bürünc, oğlanlarda iki gümüş və bir bürünc medal əldə olundu. Paralimpiadada komandamızın pik formada olması üçün çalışacağıq. Azərbaycanı layiqincə təmsil etmək, himnimizi səsləndirmək niyyətindəyik".
+90 kq-da gümüş medal qazanan Zəkiyev öz çıxışı barədə də danışıb: "İlk rəqibimi tanımırdım, ilk dəfə qarşılaşırdıq. Ona 7 saniyəyə qalib gəldim. Digərləri ilə daha əvvəl üz-üzə gəlmişdik. Bir az zədələrim var idi. Bu da finalda öz sözünü dedi. Əsas odur ki, medalsız qayıtmadıq. Reytinqdə vəziyyətimizi xeyli yaxşılaşdırdıq. Ümid edirəm ki, qarşıdakı üç yarışda da istəyimizə nail olacağıq".
43 yaşlı idmançı hələlik karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: "Özümü Yay Paralimpiya Oyunlarına kökləmişəm. Bundan sonra düşünə bilərik. Çoxları fikirləşə bilər ki, İlham Zəkiyev qocalıb, amma yaşımız çox olsa da, ölkəmizə medal gətiririk. Heç bir turnirdən mükafatsız qayıtmırıq. Azərbaycanın hansısa gənc cüdoçusu məni məğlub etsə, karyeramı bitirərəm. Nə qədər gücümüz varsa, güləşəcəyik. Parisdən sonra yekun qərarı verəcəyəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya