"İlin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm"
Yusif Nəzərli
16:28 07.10.2021
İdman
289
"Tokio olimpiadasında bir çox problemlər yaşadıq. Hər gün səhər koronavirus testi verirdik və düşünürdük ki, cavab pozitiv çıxa bilər. Amma şükürlər olsun ki, heç kim yoluxmadı".
"Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio-2020 Yay Olimpiya Oyunları zamanı üzləşdiyi çətinliklər barədə Milli Antidopinq Agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.
Yarışın gümüş mükafatçısı bildirib ki, hansısa idmançı Olimpiya şəhərciyini icazəsiz tərk etsəydi, bütün komanda karantinə alınırdı: "Bu səbəbdən çölə çıxmamağa çalışırdıq. Səhv etmirəmsə, hansısa ölkənin yığması buna görə problemlə üzləşmişdi. Çox ehtiyatla hərəkət edirdik".
3 qat dünya və 3 qat Avropa çempionunun sözlərinə görə, problemlərə baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni ediblər: "Düzdür, bu dəfə qızıl medal olmadı. Lakin olimpiadanın bütün medalları dəyərlidir. Yarışda ikinci yeri tutduğum üçün xoşbəxtəm. Çünki bu medalı qazanmaq üçün çox əziyyət çəkmişəm. Məşqçilərim, yaxınlarım bilirlər ki, çəkisalma müddətində bir neçə dəfə özümdən getmişəm. Ona görə də bu medal mənim üçün çox dəyərlidir".
Titullu idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında da iştirak etmək istədiyini söyləyib: "Özümdə bu gücü hiss edirəm. Amma ora iştirak xatirinə yox, medal üçün getmək lazımdır. Çox çalışmalıyam. Çünki səhhətimlə bağlı bir az problemlər var. Yəqin ki, bu ilin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya