Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü
15:25 19.08.2019
İdman
626
Honduras çempionatının "Olimpia" - "Motaqva" oyunundan əvvəl kütləvi dava düşüb.
Oxu.Az xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpanı təmsil edən hər iki komandanın oyunundan əvvəl azarkeşlər arasında iğtişaş yaşanıb.
Belə ki, "Olimpia"nın fanatları "Motaqva"nı stadiona aparan avtobusa daş atıb və üç futbolçunu yaralayıb. "Seltik"in sabiq futbolçusu Emilyo İsaqire gözündən zədə alıb. Həmçinin paraqvaylı Roberto Moreyra ilə argentinalı Xonatan Ruqye şüşə parçaları ilə yaralanıblar.
Sürücü Markos Kastelyanosun sözlərinə görə, 250-yə yaxın adam butulkalarla avtobusa hücum edib. Bu səbəbdən Milli Liqa və polis oyunun keçirilməsini təxirə salıb. Ancaq komandaların fanatları stadion ətrafında və daxildə dava etməyə başlayıb.
Hətta polisin gözyaşardıcı qazdan istifadəsinə qədər stadionda güllə səsləri eşidilib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib, dördüncü isə xəstəxanada dünyasını dəyişib.
"Olimpia"nın prezidenti Rafael Vilyeda fanatlardan futbola zərər verən bu hərəkətləri dayandırmağa çağırıb.
Qeyd edək ki, əvvəllər də bu derbi vaxtı belə xoşagəlməz hallar yaşanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm