"Qarabağ"ın sabiq legioneri: "Azərbaycan millisinin şansı çox azdır"
Yusif Nəzərli
17:01 11.10.2021
İdman
359
"Əlbəttə, maraqlı oyun olacaq. Matçı izləyəcəyəm. Görüşü səbirsizliklə gözləyirəm. Çünki hər iki komandada dostlarım var".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın evdə Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu barədə "republika.rs" saytına açıqlamasında deyib.
Serbiyalı yarımmüdafiəçi həmyerlilərinin forvarit olduğunu bildirib: "Bu, heç kimə sirr deyil. Çünki komandamız evdə oynayacaq. Yığma doğma meydandakı matçlarda yaxşı oyun və nəticə göstərir. Azərbaycanda isə bu imkanlar yoxdur. İrlandiyadaya 0-3 hesablı məğlubiyyət yəqin ki, komandaya ağır zərbə vurdu. Amma rəqibin bu qədər zəif olması fikirlərilə razı deyiləm. Düzdür, real baxsaq, Azərbaycanın şansları həqiqətən azdır".
Matçın asan keçməyəcəyini deyən 31 yaşlı oyunçu öz proqnozunu da açıqlayıb: "Azərbaycan millisi Serbiyaya qarşı ənənəvi olaraq yaxşı oynayır. Qoy, hesab 2:1 bizim xeyrimizə olsun".
Uroş Matiç 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya