Qazaxıstan klubu azərbaycanlı futbolçunu dediyi sözlərə görə sorğu-suala tutdu
18:14 21.02.2020
İdman
546
“Mənim danışığım Vəkil adında menecerlə maaşımın faizi barədə olub. Klub prezidenti ilə danışığım başqa məsələ barədə idi. “Aktobe” ilə ilk məşqimə çıxdım, ancaq ikinciyə çıxmadım və sual verdim ki, niyə belə oldu. Prezident də cavab verdi ki, çempionatın reqlamentinə görə, klub yalnız üç legionerə malik ola bilər. İkisi artıq müqavilə bağlayıb, üçüncüsü ilə bağlı məsələyə isə baş məşqçi qərar verəcək. Onda mən dedim ki, mənə bilet alın ki, evə qayıda bilim”.
Oxu.Az xəbər verir ki, bu sözləri azərbaycanlı futbolçu Fuad Bayramov deyib. F.Bayramovun Azərbaycan mətbuatında Vəkil adlı bir menecerin ona Qazaxıstanın “Aktobe” klubunda oynamaq təklif etdiyini, lakin maaşının 50 faizini klubun İdarə Heyətinin sədri Artur Smaqulova verməsini bildirməsi həmin ölkədə əks-səda yaradıb. O, müsahibəsində bildirib ki, məhz “Aktobe”yə də bu səbəbdən götürülməyib və artıq ikinci məşqə buraxılmayıb. Bundan sonra Qazaxıstan Futbol Federasiyasının baş katibi Əzəmət Aytxojin bu məsələnin araşdırılacağını, yerli Peşəkar Futbol Liqasına bu barədə müraciət olunacağı və toplanmış materialların Etika üzrə Komitəyə təqdim ediləcəyini bildirib. Lakin “Aktobe”nin mətbuat xidməti Fuad Bayramovdan videomüsahibə alıb. Müsahibədə Fuad azərbaycanlı jurnalistin səhv yazdığını, hətta irəli gedərək qəsdən bunu etdiyini bildirib (yeri gəlmişkən, həmin sayt Fuadın səs danışıqlarını yayıb – S.M.).
Qeyd edək ki, ötən mövsüm Gürcüstanın “Rustavi” klubunda oynamış Fuad Bayramov “İnter”dəki (indiki “Keşlə”) çıxışları ilə tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya