Qurban Qurbanov: “Nant” qrupun ən təhlükəli komandasıdır”
Qurban Qurbanov: “Nant” qrupun ən təhlükəli komandasıdır”
Yusif Nəzərli
15:38 09.09.2022
İdman
508
“Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun ilk tur oyunundan sonra Bakıda Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis ilk dəqiqələrdə böyük zərbə aldıqlarını bildirib:
“Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq”.
O, qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın “Nant” klubu haqqında da danışıb:
"Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. “Nant”a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır”.
Qeyd edək ki, “Qarabağ” - “Nant” matçı sentyabrın 15-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat