Qurbanov: “Neftçi” üzərində qazandığımız qələbələr bizə əlavə motivasiya verir
18:54 02.04.2024
İdman
650
Oyuna çox ciddi yanaşırdıq. "Neftçi" üzərində qazandığımız qələbələr bizə əlavə motivasiya verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, bəzi qol epizodlarından istifadə edə bilmədiklərinə görə futbolçularından narazı qalıb: "Qol epizodlarımız çox oldu. Ancaq oyunçularım buna qeyri-ciddi yanaşdılar. Buna görə onlardan narazı qaldım. İradımı paltardəyişmə otağında bildirdim. Məsələni müzakirə etdik. Lakin futbolçuları da başa düşürəm. Həm fiziki, həm psixoloji olaraq yorğundurlar. Amma belə məqamlarda hər şeyə tab gətirmək lazımdır".
Məşqçinin sözlərinə görə, "Neftçi" ilə keçirilən hər matç təcrübə artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu komanda üzərində hər qalibiyyət bizə inam verir. Azarkeşlərimizin də dəstəyi bizim üçün vacibdir. Azarkeşləri stadionlara cəlb etmək üçün də gələcəkdə işlər görülməlidir. İnanıram ki, bu istəyimiz reallaşacaq".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil