Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO
07:59 29.02.2020
İdman
475
Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Oxu.Az-ın xəbərinə görə, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.
Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevə Zalsburqdakı yarışda finala çıxmış ukraynalı Stanislav Qorunanın çatması mümkünsüzdür. 4957,5 xalla altıncı sırada olan II Avropa Oyunlarının qalibi Zalsburqda, həmçinin bundan sonrakı yarışlarda (Rabat Premyer Liqası və Bakıda keçiriləcək Avropa çempionatı) qızıl medal qazansa belə, Rafaeli keçə bilməyəcək.
Bu, karate millimizin Olimpiadaya ikinci vəsiqəsidir. Daha əvvəl +61 kq çəki dərəcəsində dünya çempionumuz İrina Zaretskaya Dubaydakı Premyer Liqa yarışından sonra Olimpiadaya vəsiqəni rəsmiləşdirmişdi.
Bununla da Azərbaycandan Olimpiadaya gedəcək idmançıların sayı 13-ə çatıb.
Digər 11 idmançı bunlardır: Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletika: çəkicatma), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş), Elçin Əsədov (şose velosipedi), Milad Beiqi (taekvondo).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm