Sabah beş idmançımız Olimpiadada mübarizə aparacaq
17:21 05.08.2021
İdman
457
Sabah Tokio Olimpiadasında beş idmançımız mübarizəyə qoşulacaq.
Oxu.Az-ın xəbərinə görə, bu, sərbəst güləş, karate və bədii gimnastikada olacaq.
İlk olaraq bədii gimnastımız Zöhrə Ağamirova təsnifat yarışına qatılacaq. O, Bakı vaxtı ilə saat 05:20-dən etibarən məharətini göstərməyə çalışacaq. 19 yaşlı Zöhrənin finala vəsiqə qazanması artıq böyük uğur kimi qiymətləndiriləcək.
Daha sonra qızıl medal ümidimiz olan güləşçilərimiz mübarizəyə qoşulacaq. Son iki sərbəst güləşçimiz – Hacı Əliyev (65 kq) və Şərif Şərifov (97 kq) müvafiq olaraq Adama Diatta (Seneqal) və Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq.
Hacının püşkə əsasən finala çıxacağı gözlənilsə də, Olimpiya çempionumuz Şərifin bürünc medal qazanacağını proqnozlaşdırmaq olar. Çünki onun ilk qarşılaşdığı rəqib bu çəkidə ən güclü idmançı – son Olimpiya, dördqat dünya, ikiqat Avropa çempionu və iki dəfə Avropa Oyunlarının qalibidir. Dağıstanlı Sadullayevin də finaladək irəliləyəcəyi şübhə doğurmur. Bu səbəbdən də Şərifin bürünc medal üçün təsəlliverici yarışa qatılması mümkündür.
Sonuncu qadın güləşçimiz Mariya Stadnik də nəhayət Olimpiya çempionu olmaq üçün mübarizəyə qoşulacaq. Onu da ilk görüşdə asan rəqib gözləmir. Rəqibi üçqat Avropa çempionu Stalvira Orşuşdur (Rusiya). Üstəlik, onu yarımfinalda meydan sahibi, hər zaman finallarda sindrom yaşadığı Yaponiyadan olan rəqib, ikiqat dünya çempionu Yui Susaki gözləyir. Stadnik bu rəqiblərini keçəcəyi halda, onun Azərbaycana qızıl medal qazandıracağını proqnozlaşdırmaq olar. Bütün güləşçilərimiz mübarizəyə Bakı vaxtı ilə saat 11:00-dan etibarən güləş döşəyinə çıxacaq.
Azərbaycana növbəti medalı qazandırmağa əsas namizədlərdən biri də dünya karatesinin “Brilyant”ı sayılan Rafael Ağayevdir. O, Bakı vaxtı ilə saat 12:00-dan etibarən B qrupunda Luici Buza (İtaliya), Noa Biç (Almaniya), Suneari Yahiro (Avstraliya) və Nurqanad Ajikanovla (Qazaxıstan) mübarizə aparacaq. Onun qrupda əsas çətinliyi ikiqat dünya və beşqat Avropa çempionu Buza ilə görüşdə olacaq. Lakin qrup ikinciliyi belə azı bürünc medalı ona təmin edəcək. Yarımfinala vəsiqə qazansa, digər qrupdan onun əsas rəqibləri son vaxtlar uduzduğu Ken Nişimura (Yaponiya) və Stanislav Qoruna (Ukrayna) olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya