Stiven Kenni: "Bakıda arzuladığımız qələbəni qazanmaq istəyirik"
Yusif Nəzərli
17:52 05.10.2021
İdman
310
"Azərbaycan millisinə qalib gəlməsək, nə olacağını deyə bilmərəm.Sadəcə, oyunu udmağa cəhd etməliyik. Bizim hədəfimiz budur. Futbolçuların qarşıdakı matça yanaşması, komanda ruhu əladır. Bunu qələbəyə çevirməliyik".
"Report"un məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis səfər planını açıqlayıb. O, Bakıya oktyabrın 6-da yola düşəcəklərini bildirib: "Bizi 8 saatlıq yol gözləyir. Daha sonra Azərbaycanda məşqə çıxacağıq. Ümid edirəm ki, hazırlığımız yaxşı keçəcək. Bu oyunu səbirsizliklə gözləyirik. Səfərdə baxımlı oyun göstərib arzuladığımız qələbəni qazanmaq istəyirik".
O, evdə Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri görüşü də xatırlayıb: "Əvvəlcə onu deyim ki, ilk hissədəki oyunumuzu yaxşılaşdırmalıyıq. Həmin matçın əvvəlində 3 yaxşı qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Sonradan geri çəkildik. Əslində isə hücumda oynamalı idik. Rəqib meydanın özünə aid hissəsində topu çox yaxşı saxlayırdı. Ona görə də strategiyamızı dəyişməli olduq. Amma təzyiqdən istənilən kimi çıxa bilmədik. İkinci hissədə oyununun intensivliyini artırdıqdan sonra isə rəqib müdafiəyə çəkilməyə məcbur oldu".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya