Tanınmış cüdoçumuz peşəkar karyerasını başa vurub
01:21 03.09.2023
İdman
751
Azərbaycanın tanınmış cüdoçusu Orxan Səfərov karyerasını başa vurub.
Federasiyadan Trend-ə verilən məlumata görə, çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş idmançı 32 yaşında cüdo ilə vidalaşmaq qərarına gəlib.
Qurumun rəsmi saytına açıqlama verən O.Səfərov bildirib ki, cüdonun hər bir anı onun üçün yaddaqalandır: “Qalib gəldiyim hər turnir mənim üçün vacibdir. Cüdo həyatda mənə çox şey öyrətdi, əsas da tataminin üzərində sərbəst olmağı. Kənar dəstək nə qədər olsa da, tatamidə qərarlar təklikdə verilir, heç bir gözlənti və kömək olmur. Cüdo həyat dərsidir. O, həyatda məsələləri müstəqil həll etmək, sərbəst olmaq və qalib gəlməyi öyrədir. Hər şey öz əlindədir”.
Titullu idmançı əlavə edib ki, cüdo ona məqsədyönlülük, motivasiya, nizam-intizam, özünəinam kimi keyfiyyətləri bəxş edib və bu keyfiyyətləri o, həyatının növbəti mərhələlərinə özü ilə aparacaq. O.Səfərov gələcəkdə də Azərbaycan cüdosunun inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Orxan Səfərov 2013-cü ildə böyüklər arasında dünya üçüncüsü olub, 4 il sonra isə analoji yarışda gümüş medal qazanıb. 2015 və 2016-cı illərdə Avropa çempionatının gümüş, 2017-ci ildə isə bürünc medalına sahib çıxıb. “Masters” turnirində 1 dəfə qızıl, 1 dəfə gümüş medal qazanmaqla yanaşı, Böyük dəbilqə və Qran-Pri yarışlarında ümumilikdə 15 medal qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur