Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.
Axar.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.
T.Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.
Qeyd edək ki, T.Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.