Tokio 2020: Firdovsi Fərzəliyev mübarizəni dayandırdı - YENİLƏNİB 

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev qrupda qalıb.
Oxu.Az xəbər verir ki, o, qrupda son görüşünü keçirib. Firdovsi autsayder olan Əli Əl-Saviyə 0:1 hesabı ilə uduzaraq qrupda sonuncu – beşinci pilləyə düşüb.
Bununla da qrupda bir qələbə qazanan və üç məğlubiyyət alan Firdovsi Fərzəliyev yarımfinala yüksələ bilməyib və mübarizəsini başa vurub. 

09:15

Firdovsi Fərzəliyev qrupda üçüncü görüşünü keçirib.

O, qrup lideri Darxan Assadilova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub.

İdmançımız hazırda iki xalla dördüncü sıradadır. Firdovsi qrupda son görüşünü Əli Əl-Saviyə (Misir) qarşı keçirəcək.

08:37

Firdovsi Fərzəliyev qrupda ikinci görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, o, sensasiya edərək yapon idmançı Naoto Saqoya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra Firdovsi öz qrupunda iki xalla üçüncüdür. Onun yarımfinala vəsiqə qazanması üçün qrupda minimum ikinci yeri tutması lazımdır.