UEFA reytinqi: Azərbaycan xal hesabını açıb, Ermənistan geriləyib
Yusif Nəzərli
06:35 13.07.2022
İdman
627
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal hesabını açıb.
“Report”un məlumatına görə, bu, “Qarabağ” komandasının Polşa “Lex”i ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət dörd klubla təmsil olunan ölkənin aktivinə 0,250 xal gətirib.
Lakin Azərbaycan son beş mövsüm üzrə xal sayını 12,875-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Lexiya” və “Poqon”un elə I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.
Qeyd edək ki, reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlibsə, hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşürlər. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyibsə, 7,875 xalı olan Ermənistan 40-cı yerə geriləyib.
Bundan başqa, Cəbəllütariq (5.541) 48-ci, İslandiya (5.416) 49-cu pilləyə irəliləyib, Uels (5.333) 50-ci mövqeyə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm