Vətənə 10 qızıl medal "gəlir"
06:28 01.09.2021
İdman
589
Ramin İbrahimov: "Bu qələbə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ruhunun yüksəkliyinin göstəricisidir"
Bu gün Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. Bununla da Azərbaycan yığmasının qızıl medallarının sayı 10-a çatıb.
Paralimpiya, cüdo üzrə Avropa və dünya çempionu, “Şöhrət” ordenli, Əməkdar idman ustası Ramin İbrahimov "Şərq"ə açıqlamasında bildirib ki, bu qələbə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ruhunun yüksəkliyinin göstəricisidir. O qeyd edib ki, bu il idmançıların psixoloji ruhunun yüksək olması qələbəyə əsas zəmin yaratdı:
"Biz bu yarışlara qələbə əzmi ilə getmişdik. Misal çəkə bilərəm ki, Dürsədəf Kərimova axırıncı Bakı Qran-pri yarışında yer tutmadı. O, İngiltərəyə gedərək, orada lisenziya xalını möhkəmləndirdi və olimpiadaya düşdü.
İnanın ki, həmin yarışda idmançımız yer tuta bilməmişdi, sadəcə, lisenziya xalını qaldırmaqla kifayətlənmişdi.
Ancaq olimpiadada idmançımız elə gözəl oyun göstərdi ki, bir anda rəqiblərini peşəkarcasına məğlub etdi. Bütün idmançılarımız bu ruhda güləşdi və gözəl qələbələrə nail oldular. Yaxşı ki, 2020-ci ildə olimpiada olmadı! Çünki 2021-ci ildə biz qalib ölkənin idmançıları kimi meydana çıxdıq və gözəl qələbələrə imza atdıq".
R.İbrahimov qeyd edib ki, bu qələbələr ilk növbədə idmançılarımızın psixoloji hazırlığından irəli gəlir:
"Bilirsiniz ki, olimpiadada hamı güclüdür, hamı hazırlaşır. Heç kim deyə bilməz ki, bir dövlət idmançısını olimpiadaya hazırlamır. Hətta bir il qalmış idmançılar ev üzü görmürlər. Bu yarışda 163 ölkənin idmançıları iştirak edirdi. Əslində bizim qarşımızda dünyanın ən güclüləri olsa da, möhtəşəm qələbələrə imza atmağı bacardıq. Biz artıq qalib ölkənin qalib idmançılarıyıq! Bütün idmançılarımız qələbələrini şəhidlərimizə həsr edir. Hazırda vətənə dönürük, yoldayıq. İnşallah, sabah doğma torpağımızın hava limanında olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə