Azərbaycan Dəmir Yolları gündəlik reyslərin sayını 100-ə çatdıracaq

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır. Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq.

Azərbaycan Dəmir Yollarınadan Sherg.az-a verilən məlumata görə, Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək.

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli