Bakıdan Tiflisə gedəcək qatarın FOTOSU

Bakı-Tiflis-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.

Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, qatarda yataq tipli vaqonlar və restoran var.

Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.

Xatırladaq ki, Bakı-Tiflis-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.