Türkiyədəki helikopter qəzasının səbəbi: nasazlıq, yoxsa...?

Türkiyədəki helikopter qəzasının səbəbi məlum olub. Bu barədə “Sherg.az” “Posta” ya istinadən xəbər verir. Məlumatda bildirilir ki, əməliyyat-axtarış tədbirləri artıq başa çatıb.
Qəzanın səbəbinə dair məruzə hazırlanıb. Sənəddə Bitlis üzərindəki helikopterlə sonuncu dəfə 14:25-də əlaqə saxlanıldığı göstərilir. 14:30-dan etibarən hava şəraiti kəskin dəyişib və helikopter buludun içinə girib.

Pilotlar geri qayıtmaq barədə qərar versələr də, cəmi 11 dəqiqə sonra qəza baş verib.
Həmçinin helikopterdə hansısa nasazlığın olmadığı deyilir.

 Qeyd edək ki, hadisə nəticəsində 11 əsgər, o cümlədən general Osman Erbaş şəhid olub.