Azərbaycan propilen istehsalını 7 %-dən çox artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 81,7 min ton həcmində propilen, 93,6 min ton həcmində polietilen, 95,4 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 76,4 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 7,4 %, əmtəəlik propilen istehsalı 5,7 % artıb.

Bu ilin 7 ayı ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 5,3 % və 7,1 % azalıb.