Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 513,6 min və ya illik müqayisədə 10,8% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,2%-i dövlət, 0,8%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə sözügedən nəqliyyat növü ilə yükdaşıma 19,6% artaraq 273,8 min ton təşkil edib.