Azərbaycanın pambıq ixracından gəlirləri iki dəfəyə yaxın artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 163,756 mln. ABŞ dolları dəyərində 98 642,64 ton pambıq ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyə yaxın, həcmi 68,9% artıb. Pambıq ixracı ölkənin ümumi ixracının 1,43%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan 134,954 mln. dollarlıq 88 472,31 ton pambıq lifi və 28,802 mln. dollarlıq 10 170,33 ton pambıq iplik ixrac edib.