Azərbaycanda papiros və siqaret istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 800,4 ton fermentləşdirilimiş tütün istehsal olunub

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,3 % azdır.

Hesbat dövründə ölkədə 1 198,1 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.

Bu ilin 7 ayında Azərbaycanda 7 milyard 982,2 milyon ədəd papiros və siqaretlər istehsal edilib ki, bu da, illik müqayisədə 99,2 % artıb. Eyni dövrdə Azərbaycanda 884,9 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.