Rusiya elektrikli avtomobili təqdim etdi

Konserndən bildirilib ki, elektrikli avtomobil qazla işləyəcək

  Rusiyanın hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısı “Almaz-Antey” Səhmdar Cəmiyyəti təkmilləşmiş elektrikli avtomobilin ilk görüntülərini yayıb. 

Bu barədə Rusiya KİV-ləri məlumat verir. Bildirilir ki, konsernin məlumatında elektrikli avtomobilin bütün göstəriciləri açıqlanır. “E-NEVA” adı verilən elektrikli avtomobil yüklənmiş bir batareya ilə saatda 463 kilometr məsafə qət edə bilir.

Avtomobilin uzunluğu 4,5 metrdir. 2,7 saniyədə 60 kilometr sürət alaraq saatda maksimum 197 kilometr sürətlə hərəkət edir. Avtomobildə rəqəmsal məlumat paneli quraşdırılıb. Ön pəncərədə proyeksiya ekranı və 15 “inç” ölçüdə multimedia sistemli sensorlu ekran olan avtomobilin yanacaq tutumu 610 litrdir. 

Konserndən bildirilib ki, elektrikli avtomobil qazla işləyəcək və ya hidrogen motorlu hibrid versiyaları da olacaq.