Rusiya fevralın 1-dən neftin ixrac rüsumunu yenidən artırır 

Cari il fevralın 1-dən Rusiyada neftin ixrac rüsumu 1 dollar artaraq bir ton üçün 47,7 dollar təşkil edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildirilib ki, ötən il dekabrın 15-dən bu il yanvarın 14-dək Rusiyanın ixrac etdiyi “Urals” markalı neftinin bir barel üçün orta qiyməti 77,1 dollar və ya bir ton üçün 563,3 dollar olub.

Qeyd edək ki, hazırda neftin ixrac rüsumu bir ton üçün 46,7 dollar təşkil edir.