Peşə təhsili müəssisələrində ustaların maaşları artırılıb

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların, istehsalat təlimi ustalarının, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.