“Azeri Light” markalı neftin bu günə olan qiyməti


Azərbaycan nefti bir qədər ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,46 ABŞ dolları və ya 0,49 faiz azalıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 94,20 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.