Neftin qiyməti 103 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 2014-cü ilin sentyabrından bəri ilk dəfə olaraq 103 dolları keçib.


"APA-Economics" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:27-də "Brent"in qyməti 7,07% artaraq 103,63 dollara çatıb.