Azərbaycanda Rusiya rublunun məzənnəsi 22 faiz azaldılıb


Bu gün Azərbaycan Mərkəzi Bankı Rusiya rublunun məzənnəsini 0,0157 manat müəyyən edib.

“Report”un məlumatına görə, bu, fevralın 25-i ilə müqayisədə 21,5 % azdır.

Rusiyanın milli valyutası ötən ayın sonuna nisbətən 28,3 %, ötən ilin sonuna nisbətən isə 31,45 % dəyər itirib.

Qeyd edək ki, fevralın 28-də Rusiya rublunun məzənnəsi xarici valyutalara nəzərən kəskin ucuzlaşıb.

Səhər saatlarında birjalarda bir ABŞ dolları 117 rubla bərabər olub.

Ötən həftə bu göstərici 83 rubl təşkil edirdi. Bu gün ərzində rubl dollara nisbətən 27 faizdən çox ucuzlaşıb.

Eyni zamanda bir avro 94 rubldan 119 rubladək və ya 27 faizə yaxın bahalaşıb.