Azərbaycanda pul bazasının həcmi BİLİNDİ


2022-ci ilin fevral ayının 28-nə Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 945,6 milyon manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Belə ki, pul bazasının həcmi aylıq müqayisədə 0,7 faiz azalıb, 2021-ci ilin fevral ayının sonuna olan dövr ilə müqayisədə isə 8,4 faiz artıb. 
Qeyd edək ki, 2021-ci ilin fevral ayının sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 863 milyon manat, 2022-ci ilin fevral ayının sonuna Azərbaycanda pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edib.