Avropada qazın qiyməti 1 400 dolları ötüb


ENERGETİKA
1 Mart , 2022 20:20
Avropada qazın qiyməti 1 400 dolları ötüb
Avropada qazın qiyməti ticarət sessiyasının gedişində hər min kubmetr üçün 1 400 ABŞ dollarını ötüb.

"Report" bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir.

Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti min kubmetr üçün 1411 ABŞ dollarına yüksəlib.

Ümumilikdə bir sutkalıq qazın qiyməti 24,2% artıb.