Avropada qazın qiyməti tarixi rekordu yeniləyib - YENİLƏNİB

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti ötən ilin dekabrın axırında qeydə alınan rekordu yeniləyərək 2 200 ABŞ dollarını ötüb.
"APA-Economics"in məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 230 dollar təşkil edib, bu da gün ərzində 59,4%-lik artım deməkdir.


***

13:01

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 866,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə (1 396,5) 33% çoxdur.

***

12:34

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 710 dollar təşkil edib, bu da gün ərzində 22,5%-lik artım deməkdir.

***

12:09

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 600 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 607 dollar təşkil edib, bu da gün ərzində 15% artım deməkdir.

***

09:16

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 480 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

"APA-Economics"in məlumatına görə, 1 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 476 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 30,3% çoxdur.

Qeyd edək ki, gün ərzində Avropada qazın qiyməti 1 470 dollara kimi yüksəlib.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.