Azərbaycan nefti neçəyə satılır?

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,41 ABŞ dolları və ya 2,7% azalaraq 123,40 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.