2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

2027-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bunun 2 milyard 751 milyon manatının (86,9 faiz) borclanma, 275 milyon manatının (8,7 faiz) vahid xəzinə hesabının qalığı və 140 milyon manatının (4,4 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.