G7 ölkələri Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq edə bilər

G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya neft məhsullarına iki qiymət həddi təyin etməyi planlaşdırır.

“Report" xəbər verir ki, bu barədə “Reuters” G7 nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, fevral ayından etibarən xam neftə nisbətən endirimlə satılan məhsullar (məsələn, dizel, kerosin) üçün qiymət həddi variantı tətbiq oluna bilər. Endirimlə satılan neft məhsulları (məsələn, mazut) üçün digər qiymət həddi müəyyən edilə bilər.

Xatırladaq ki, dekabrın 5-də Aİ və ABŞ Rusiya neftinə qiymət həddi tətbiq edib və bu, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın fikrincə, 2023-cü ildə neft hasilatının 7-8% azalmasına səbəb ola bilər.

Qeyd edilib ki, neft məhsulları üçün qiymət həddi təyin etmək xam neftdən daha çətindir, çünki neft məhsullarının növləri çoxdur. Onların qiyməti çox vaxt istehsalçıdan deyil, hansı ölkədən tədarük edilməsindən asılıdır.