Bahalaşmanın səbəbi: Gömrük orqanları suni qiymət artımı yaradır? - İZAH

"Qida məhsullarında qiyymət artımı mövcuddur. Postpandemiya dönəmindən  bu yana  Azərbaycanda çox ciddi şəkildə bahalaşma müahidə olunur”.

Bunu "Sherg.az"a iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib. O qeyd edib ki, istənilən halda qiymətin bahalaşması gözləniləndir:

“Rəsmi statistikada ərzaq məhsullarının artımı təqribən 2022 -ci ilə 18 faiz göstərilir. Hər bir insana məlumdur ki, bu qiymətlərin artması 50 faizdən aşağı deyil. Bəzi məhsullarda hətta iki dəfə qiymət artımı var. 

Dövlət Statistika Komitəsi, digər qurumlar və baş nazir parlamentdə bəyan edib ki, Azərbaycanda məhsullar  60 faiz bahalaşıb. Azərbaycana idxal inflyasiyası daha çox təsir göstərir. Əsas qida məhsullarını xarici ölkələrdən alırıq. 

Qiymət artımını şərtləndirən vacib  məsələ gömrük orqanlarının bəyannamə adı altında suni qiymət artımı yaratmalarıdır. Sahibkarlar, şirkətlər idxal etdikləri məhsullara bəyannamə təqdim edərkən, qəbul etmirlər müxtəllif bəhanələrlə statistik dəyərini artırmağa cəhd göstərirlər.

 Razılaşmayanları özlərinə tabe olan qiymət laboratoriyalarına göndərərək qiyməti yuxarı qaldırırdılar. Burda məqsəd daha çox rüsum və vergi toplamaq idi. 

Gömrük orqanları öz mandatlarını aşırdılar. Biz ümid edirdik ki, gömrük orqanının rəhbəri dəyişdikdə bunlar düzələcək . Təssüflər olsun ki bu, hələ də davam edir".

Şərqiyyə NƏBİ