Mikayıl Cabbarov Aksel Lemanla görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Credit Suisse bankının İdarə Heyətinin sədri Aksel Lemanla görüşüb.
Bu barədə o, özünün “Facebook” profilində paylaşım edib.
Bildirilib ki, Aksel Lemanla qlobal təsirlər şəraitində maliyyə dayanıqlılığının təmin olunması, iqtisadi imkanlar və əməkdaşlıq potensialı barədə fikirləri bölüşüblər.